Bakıda sərnişinləri təhlükəyə atan avtobus sürücüsü işdən çıxarıldı (VİDEO, FOTO)

Bakıda sərnişinləri təhlükəyə atan avtobus sürücüsü işdən çıxarıldı (VİDEO, FOTO)

Bakının Yasamal rayonu ərazisində 211 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücsü işdən çıxarılıb.

Bu barədə realtv.az saytına Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

BNA-dan bildirilib ki, məsələ ilə bağlı realtv.az saytında gedən məlumat dərhal nəzarətə götürüldü. Və daşıyıcı BNA-ya çağırıldı. Sürücü Mahmudov İlkin Famil oğlu sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verdiyi üçün daşıyıcı tərəfindən dərhal işdən azad edilib.

Xatırladaq ki, sentyabrın 19-da Bakının Yasamal rayonunda 211 saylı marşrut üzrə hərəkət edən 10 TF 967 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saatlarında - nəqliyyatın gur vaxtında bir neçə dəfə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli vəziyyət yaradıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə