Mundial öncəsi iclas keçirilib

Mundial öncəsi iclas keçirilib
Bakı cüdo üzrə dünya çempionatina hazırdır

Bakıda dünya çempionatı öncəsi Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək ölkəmizin böyük miqyaslı yarışları keçirməkdə böyük təcrübəyə malik olduğunu deyib.

Beynəlxalq Cüdo federasiyasının prezidenti Marius Vizer isə Bakıdakı dünya çempionatında bir çox yeniliklərin olacağını vurğulayıb. O, İcraiyyə Komitəsinin yığıncağında gündəlikdə duran məsələlər barədə məlumat verib. Daha sonra iclasda dünya çempionatlarında komanda yarışları, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq və Yeniyetmələrin III Yay Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim - məşq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Qəbul olunmuş qərarlara əsasən 2021-ci ildə mundiala Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək. Yarış 12 - 19 sentyabr tarixlərində təşkil olunacaq. İdman qaydalarındakı dəyişikliyə gəlincə. Komanda yarışlarında cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Yarışların illik təqvimə Kanada, İsrail və Çili Qran Priləri əlavə olunub.

Qeyd edək ki, cüdo üzrə Dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə