Bina tikintisində xaosa son (VİDEO)

Bina tikintisində xaosa son (VİDEO)
Tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəy verəcək

Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərmanı ilə tikinti sahəsində yeni qaydanın tətbiqinə başlanılacaq. Belə ki, fərmana görə, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə veəcəklər. Bu zaman qüvvədə olan müfəssəl plan, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının şərtləri əsas götürüləcək.

Hüquqşünasın fikrincə, yeni qaydanın tətbiqi ilə bəzi hallarda binaların tikintisi üçün uyğun olmayan yerlərin seçilməsinin qarşısı alınacaq, həm də yeni mənzil alan vətəndaşların maraqları qorunacaq.

Emil Aslanov deyir ki, fərman məlumatlandırma icraatı tətbiq edilən fərdi evin tikintisinə şamil olunmur. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən biuldirilib ki, fərmanla verilmiş tapşırıqlar yerinə yetirildikdən sonra şəhərsalma fəaliyyətinin tənzimlənməsi istiqamətində əlavə tədbirlərin icrasına başlanılacaq. 

Qeyd edək ki, sərəncamda Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tikintisinə icazə tələb olunan binaların tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə