Karateçilərimizdən 3 medal

Karateçilərimizdən 3 medal
Milli komandamızın növbəti dayanacağı Tokiodur

Azərbaycan karateçiləri Berlində keçirilmiş mövsümün altıncı Premyer Liqa mərhələsində iki gümüş və bir bürünc medal qazanıb.

Yalnız finalda uduzan Rafael Ağayevlə İrina Zaretska ikinci yerə çıxıb. Firdovsi Fərzəliyev isə fəxri kürsünün üçüncü pilləsinə qalıb.

Xatırladaq ki, turnirdə 72 ölkədən 763 idmançı iştirak edib. Həm də “Tokio-2020” Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olan Premyer Liqada Azərbaycan millisinin 15 üzvü qüvvəsini sınayıb.
Mövsümün son liqası oktyabrın 12-i 14-ü aralığında Tokioda keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə