Mir Şahinin vaxtı (VİDEO, 16.09.2018)

Mir Şahinin vaxtı (VİDEO, 16.09.2018)

Azərbaycan və Türkiyə ləyaqət müttəfiqliyinin daha bir nümunəsini nümayiş etdirdi. Bu sevgi və etibar, qardaşlıq və istiqanlılıq, dərd şərikliyi və müştərək qələbə defilesi idi. Əslində biz nadir bir tarixi hadisəyə şahidlik edirdik. İki müstəqil dövlətin iki müstəqil lideri iki ayrı ölkəyə məxsus ordunun birləşmiş paradını qəbul edirdi. Prezidentin bu sadə, pafossuz sözləri baş verməkdə olan nadir tarixi faktın aydın, anlaşıqlı izahı idi: “Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər!”.

Düşüncə tənbəlləri, tarix fəstfudçuları bəzən çox vaxt itirməmək üçün 100 il bundan əvvəl baş vermiş möhtəşəm hadisəni qısaca belə adlandırırlar.  Nuri Paşanın Bakını azad etməsi. Əlbəttə, Nuri Paşanın həmin hadisələrdəki rolu xüsusi, misilsiz və əvəzolunmazdır, həlledicidir.  Amma mən 1918-ci il, sentyabr ayının 15-də Bakıda baş verən tarixi prosesin ən doğru şəkildə ifadəsinin  prezident İlham Əliyevə məxsus olduğunu düşünürəm.

Yüz il bundan əvvəl Nuri paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi”. Dürüst tarix belədir. Məhz belə. Azərbaycan və Türkiyə Prezidentlərinin hüzurundan keçən  Parad isə həm Nuri Paşanın Qafqaz İslam ordusunu, həm də Azərbaycan Milli ordusunu şərəflə yad edirdi. Mən başa düşürəm, xalqımız, millətimiz çox təvazökardır, amma tarix təvazö yox, dəqiqlik sevir.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə