Avropa İttifaqı və ABŞ TAP-ı dəstəkləyir (VİDEO)

Avropa İttifaqı və ABŞ TAP-ı dəstəkləyir (VİDEO)
Neftin qiymətinin yüksəlməsi uzun müddət davam etməyəcək

“Neftin qiymətinin bahalaşması uzun müddət davam etməyəcək”.

Bunu REAL-a eksklüziv müsahibəsində Azərbaycan, Gürcüstan, Türkiyə üzrə BP-nin regional prezidenti Qəri Counz deyib.

O bildirib ki, qiymətin yuxarı və ya aşağı olmasından asılı olmayaraq, çalışırıq ki, dünyanın tələb etdiyi qədər neft və enerji istehsal edə bilək.

BP rəsmisi TAP layihəsində tərəfdaşlıq və İtaliyanın bu layihə ilə bağlı mövqeyi ilə bağlı da danışıb.

“Biz TAP-ın tərəfdaşıyıq. TAP layihənin operatorudur. TAP-ın idarə heyətinin fəaliyyəti həqiqətən də təqdirə layiqdir. Onlar insanların doğru məlumat aldığından əmin olmaq üçün lazımi tədbirlər görürlər. İtaliya hökuməti yaxşi bilir ki, əhalini ucuz qiymətə mavi qanacaqla təmin etmək ölkə üçün də faydalı olacaq. Eyni zamanda, layihənin ekoloji təsirinin də fərqindədir. Layihənin ətraf-mühitə zərər verməyəcəyini anlamaq lazımdır. Düşünürəm ki, onlar doğru addımlar atacaqlar. Mənə elə gəlir ki, hökumət bütün tərəflərin marağını düşünür. Bütün Avropa ölkələrindən, Amerikadan dəstək alırıq. Enerji təchizatının çeşidliliyi ilə Cənubi İtaliya və Avropanın əldə edəcəyi faydaları anlatmağa çalışırıq”, - deyə Qəri Counz bildirib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə