Ərdoğan və Putin Soçidə görüşəcək

Ərdoğan və Putin Soçidə görüşəcək
Xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün olacağını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də Rusiya lideri Vladimir Putinlə Suriyada yaranan vəziyyəti müzakirə etmək niyyətindədir.

 Anadolu informasiya agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən mətbuat konfransında deyib.

“Son günlər müxtəlif ölkələrlə danışıqlar aparırıq. Biz terrorla mübarizə aparmağa hazırıq, həmçinin Suriya böhranının siyasi yolla həll olunmasını istəyirik və bu məsələlərdə əməkdaşlığa razıyıq. Lakin terrorla mübarizə bəhanəsi ilə qadın, uşaq və mülki şəxslərə zərbələr vurulmasının əleyhinəyik. Yaxın günlərdə Prezident Ərdoğan Suriyada yaranan vəziyyəti Vladimir Putinlə müzakirə edəcək”, - deyə Çavuşoğlu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının sentyabrın 17-də Soçidə görüşünə hazırlıq görüldüyünü təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ildə Suriyanın İdlib əyalətində silahlarını könüllü şəkildə yerə qoymaq istəməyən üsyançıların və onların ailə üzvlərinin keçə biləcəyi şimal təhlükəsizlik zonası yaradılıb. BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın məlumatına əsasən, bu regionda üsyançı “Cəbhət ən-Nusra” hərəkatının 10 min döyüşçüsü fəaliyyət göstərir.

Digər xəbərlər
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə