Təhsilin topladığı bal (VİDEO)

Təhsilin topladığı bal (VİDEO)
Bu il yüksək nəticə göstərən abituriyentlərin sayı artıb

Elvin Kərimli - bu il qəbul imtahanlarında yüksək nəticələr göstərdiyinə görə ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülən 102 tələbədən biri.

Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunub 700 balla. Nərimanov rayonu 45 saylı orta məktəbin məzunudur. Bir gənc kimi uğurun haradan başladığının da fərqindədir. Özü də uşaq yaşlarından.

Elvin də daxil olmaqla bu il 29 abituriyent 700 bal toplayaraq ali məktəblərə qəbul olunub və ölkədə test sisteminin tətbiqindən bu yana bu göstərici rekord sayılır.

Təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir. Nəticələr isə müasir təhsil sistemi ilə bağlı nikbin proqnozlar verir. Çünki dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir və yaxşı təhsil ölkənin strateji hədəflərindən biridir.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə