Daşların uğuru (VİDEO)

Daşların uğuru (VİDEO)
Öz evində öz biznesini quran Xəyalın hekayəsi

Elə bir ideya ilə öz evində biznesini qurub Xəyal Vəliyev. Söhbət əl işi aksessuarlarının hazırlanıb satılmasından gedir. Buraya müxtəlif cür təsbehlər, qolbağlar, bəzək əşyaları, açar sancaqları və s. Söhbət Xəyalın hobbisindən yaranan sənət əsərlərindən gedir.

Xəyal əl işlərininin satışını sosial şəbəkələr üzərindən həyata keçirir.

Dünyanın hər yerində əl işləri qiymətli hesab olunur. Burada pula dəyən ən önəmli məqam fantaziyadır. Yeni ideya, unikal tərz, fərqli dizayn və ən əsasi əl əməyi, göz nuru.

İndi Xəyalın ən böyük xəyalı əl işlərindən ibarət mağazanın açılışını etməkdir.

Xəyalın əl işlərindən ibarət aksessuar brendinin adı isə Nərgiz olacaq. Atasının düzdüyü muncuqları bir-bir tanıyan, balaca biləyində sınayan 4 yaşlı Nərgizin şərəfinə.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə