“Azeri light” psixoloji həddi keçdi (VİDEO)

“Azeri light” psixoloji həddi keçdi (VİDEO)
Azərbaycan neftinin qiyməti 81,50 dollara çatıb

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar bahalaşaraq 81,50 dollar təşkil edib. Bu il 69.89 dollarla start götürmüş “AzəriLayt” ilin əvvəli ilə müqayisədə 11.61 dollar bahalaşıb. Bu isə büdcə qiymətindən 36.5 dollar artıqdır. Ekspertlərin fikrincə buna səbəb tələb və təklif arasındakı fərqdir.

Neftin qiymətinin artmasına Venesuelada neft istehsalında baş verən ciddi azalmalar da təsir edir. Bu ölkədə baş verən iqtisadi böhran neft sektorunu da vurmaqdadır.

Bəs, səslənən proqnozlar neft ixracatçısı Azərbaycana necə təsir edəcək? Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazarında qiymətlərinin artması Azərbaycan daxil olan valyutanın həcminin artmasına gətirib çıxaracaq.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə