Bəyin ağırlanması (VİDEO)

Bəyin ağırlanması (VİDEO)
Vaqif Mustafayevin 65 yaşı tamam olur

Bu Vaqif ki, var çox qəliz rejissordur. Yaramazına baxıb Yaradana şükür edirsən, “Fransız”ına baxıb ətrafda baş verən çox şeyə “fransız” qalırsan. “Musiqili xaş”a baxırsan, başa düşürsən ki, heç kim çörəyi qulağına yemir…

Ən sadə filmi “Bəyin oğurlanması”dır ki, o da adamı bir xeyli düşünməyə vadar edir. Məsələn, elə biri bu Miriş. Filmin sonuna qədər qaçır. Niyə qaçır, kimdən qaçır, hara qaçır, axıra qədər qaranlıq qalır. Sizi bilmirəm, mən Mirişin timsalında ömrünü qaçaqaçda keçirən insanı görürəm. “Salam” “sağ ol” arasında bitən kədərli ömrə Vaqif Səmədoğlunun şerində nə qədər ağlamaq istəyirsə adam, Vaqif Mustaafyevin filmində bir o qədər gülmək istəyir. Biri şeirə vaqif adam idi, biri kinoya. Və bu gün kinoya vaqif olan adamın - Vaqif Mustafayevin 65 yaşı tamam olur.

Həyatda onunla heç vaxt qarşılaşmamışam. Amma ekrandan onu ovucumun içi kimi tanıyıram. Bilirəm ki, “Yaramaz”ı çəkən adam böyük adam olmalıdır. “Hər şey yaxşılığa doğru”nu çəkən rejissor Sülhpərvər biri olmalıdır, böyük rejissor olmalıdır. 

Yeri gəlmişkən, Mustafayevin bu filmində müharibənin acı reallığı əks olunub. Və film məramına və yumoruna görə beynəlxalq mükafat alıb. Amma ən böyük mükafat Allahın Vaqif Mustafayevə verdiyi mükafatdır. Yüksək rejissorluq qabiliyyətidir, sağlam ömürdür, uğurlu illərdir. Daha neçə-neçə yaş gəlsin 65-in üstünə Vaqif Mustafayev. Siz bizim kino zövqümüzü dəyişdiniz. Bizi bizə tanıtdınız. Biz də sizin timsalınızda yaxşı bir rejissor tanıdıq. Hər çəkən Vaqif olmaz deyə biləcəyimiz rejissor.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə