İki daş arasında qalan Paşinyan (VİDEO)

İki daş arasında qalan Paşinyan (VİDEO)
O, konstitusiyada dəyişikliyə nail olacaqmı?

Ermənistanda ötən hər bir gün, daha çox artan gərginliklə yadda qalır. Bu ölkədə az qala hər gün təəccüb doğuracaq nəsə baş verir. İlk günlərdə Paşinyanın hakimiyyətə gələcəyi nə qədər inandırıcı görünmürdüsə, Koçaryanın da yenidən siyasətə qayıdacağı, narazı qüvvələrin qeyd-şərtsiz lideri olacağı bir o qədər gözlənilən deyildi. Bu gözlənilməz qayıdış Paşinyanın bütün planlarına ciddi bir təhdid oldu. Əvvəla, Nikol 2-3 ay ərzində növbədənkənar parlament seçkiləri keçirməklə, iqtidarının gələcək taleyini həll etmək istəyirdi. Və bu yolda hər şey onun xeyrinə işləyirdi. Ta o vaxta qədər ki, Xaçaturov KTMT-dan geri çağrıldı, Robert Koçaryan isə həbs edildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, Paşinyan hələ ki, hakimi-mütləq deyil. Nikolun durumu o qədər kövrəkdir ki, hər an nəsə baş verə bilər. Onun ən böyük qorxusu, hətta kabusu isə seçkilərdə baş nazir postundan istefa vermək məcburiyyəti ilə bağlıdır. Təsəvvür edin, konstitusiyaya uyğun olaraq Paşinyan istefaya gedir, Respublika və Daşnakların çoxluq təşkil etdiyi parlament yaranmış fürsətdən istifadə edərək özünü buraxmaqdan imtina edir. Və çoxluq dərhal Nikolun yerinə başqa bir YAN-ı, məsələn KoçarYANı başlarına nazir seçib, məsələni həll edirlər. Bu başqa məsələdir ki, Nikol tərəfdarlarını küçələrə tökərək intiqamını almağa çalışacaq, amma vətəndaş müharibəsi qaçılmaz olacaq. Nikolun prinsipiallığı, qarşı tərəfinsə mitinqləri qanla yatızdırmaq bacarığı bu fikrin reallığa oxşamasını şərtləndirir. Bütün bunların baş verməməsi üçün, Paşinyan konstitusiyaya dəyişiklik edilməsini düşünür. İndiki halda bu fikri parlamentdə keçirə biləcəyi inandırıcı olmadığından, Nikol aksiyalarda istəyini ortaya qoyur. Yəni sabah insanlar parlamenti basıb kostitusiyaya dəyişiklik tələb etsələr, təəccüblü görünməyəcək.

Ümumiyyətlə bu ölkədə qeyi-müəyyənlik elə bir səviyyədədir ki, heç nəyi proqnozlaşdırmaq olmur. Əvvəldə də dediyimiz kimi, burada hər an sürpriz ola bilər... Amma bu qeyri-müəyyənlik də uzun sürə bilməz. Seçkilər keçrilməli, münasibətlər aydınlaşmalıdır. İstənilən halda bu ölkədə stabillik Qarabağ danışıqlarının da bərpası baxımından əhəmiyyətli sayılır. Ermənistanda artıq bu xüsusda narahatlıqlar ifadə olunmağa başlayıb. Az-çox təhlil və ya müqayisə etmək imkanı olan ermənilər başa düşür ki, danışıqlar bərpa olunmasa müharibə qaçılmaz olacaq.

Məsələn, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi Tiqran Abramyan deyib ki, “Əgər danışıqlar aparılmırsa, hərbi əməliyyatların bərpası riski artır. Əgər bu səssizlik bir qədər də davam edəcəksə, sükut gözlənilmədən pozulacaq. Bu dəfəki müharibə çox fərqli olacaq. Buna görə də, danışıqları bərpa edib vəziyyətdən çıxış yolu axtarmaq lazımdır”.

Dağlıq Qarabağ problemi Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində yenidən müzakirə predmeti olacaq. Bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffan Zayber keçirdiyi brifinqdə bildirib. O, deyib ki, Almaniya Avropa İttifaqından olan tərəfdaşları ilə birlikdə danışıqlar prosesini və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, eləcə də tərəfləri münaqişənin sülh yolu ilə həll olunmasına çağırır. Heç şübhəsiz ki, Ermənistanda baş verən proseslərdən agah olan Kansler indiki halda danışıqların o qədər də effektiv olmayacağını qəbul edər. İstənilən halda, danışıqları aparmaq üçün də, xalqı nələrəsə hazırlamaq üçün də bu ölkədə birinci növbədə stabillik olmalıdır. Əks təqdirdə müharibə qaçılmaz ola bilər.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə