ABŞ strateji neft ehtiyatlarını satışa çıxarır

ABŞ strateji neft ehtiyatlarını satışa çıxarır

ABŞ strateji neft ehtiyatlarının 11 milyon barrelini satışa çıxarır. Bu barədə ABŞ Enerji Departamentinin (DOE) məlumatında deyilir. Bildirilir ki, strateji neft ehtiyatları oktyabrın 1-dən 30-dək satışa çıxarılacaq.

ABŞ hökuməti noyabr ayından etibarən OPEC-in üçüncü ən böyük neft istehsalçısı olan İranın neft sektorunu hədəf olan sanksiyalar tətbiq etməyə hazırlaşır. Birləşmiş Ştatların strateji neft ehtiyatlarını satışa çıxarması isə İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq boşluğu doldurmaq məqsədi daşıyır.

DOE ilin əvvəlindən strateji neft ehtiyatlarının 5,2 milyon barrelini “Valero Energy Corp” və “Phillips 66.” daxil olmaqla ümumilikdə 5 şirkətə satıb.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) ötən həftə açıqladığı məlumata görə, ölkənin strateji neft ehtiyatları 660 milyon barrel təşkil edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə