“S-400”lərin Türkiyəyə göndəriləcəyi tarix açıqlandı

“S-400”lərin Türkiyəyə göndəriləcəyi tarix açıqlandı
"Rosoboroneskport" dövlət şirkətindən bununla bağlı açıqlama verilib

Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndəriləcəyi tarix açıqlanıb.

Rusiya mətbuatı yazır ki, "Rosoboroneskport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyevin sözlərinə görə, S-400-lərin tədarükü razılaşdırılan müddət ərzində həyata keçiriləcək:

"Zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsinə 2019-cu ildə başlanılacaq".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresi F-35 qırıcılarının 5-ci nəslinin Türkiyəyə tədarükünü dondurub. Buna səbəb kimi Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq niyyəti göstərilib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə