Merkelin səfəri öncəsi erməni təxribatı (VİDEO)

Merkelin səfəri öncəsi erməni təxribatı (VİDEO)
Almaniyalı deputatla bağlı məsələyə aydınlıq gəldi

Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və digər dövlətlərdən də özünə qarşı eyni hörməti tələb edir. Bu, Azərbaycanın qonşu və strateji tərəfdaş olduğu dövlətlərə qarşı da tutduğu mövqedir.

Erməni mətbuatında Almaniya kansleri Angela Merkelin Bakıya səfəri öncəsi onu müşaiyət edəcək bundestaq üzvü Albert Vaylerun Azərbaycana girişinin qadağan olunması ilə bağlı xəbərlər yayılıb.

Araşdırma zamanı məlum olub ki, deputat Vayler 4 avqust 2014-cü il və 3 may 2015-ci il tarixlərində qondarma Dağlıq Qarabağ Respublikasında keçirilmiş “parlament seçkiləri”ndə müşahidəçi kimi iştirak edib. Məhz bu səbəbdən də onun adı Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının yer aldığı arzuolunmaz şəxslər siyahısına düşüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş şəxslər barədə Azərbaycan dəfələrlə tədbir görüb. Buna misal kimi, dəfələrə işğal altında olan Qarabağa səfər etmiş Rusiya və İsrail vətəndaşlığı olan Aleksandr Lapşini göstərmək olar.

Azərbaycan qanunlarını pozan Lapşin barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu onun barəsində cinayət işi açaraq beynəlxalq axtarışa verib.

Azərbaycanın tələbinə əsasən Belarusun hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılaraq Azərbaycan ekstradisiya olunmuşdu. Sonradan onun yaxınlarının müraciəti nəzərə alınaraq Lapşin azadlığa buraxılmışdı.

Xatrılaqdaq ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşların siyahısı 710 nəfərdən ibarətdir, bu şəxslərin sırasında parlament üzvləri, jurnalistlər, professorlar və diggər şəxslər var.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə