BNA: Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub - VİDEO

BNA: Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub - VİDEO

Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında piyada səkilərinin yoxlanması prosesi başa çatıb. REAL-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəyyən olunub ki, səkilər bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir.

F.İsmayılov bildirib ki, bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane törədir.

BNA rəsmisi qeyd edib ki, rayon İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə