Körpülərdə texniki təhlükəsizlik (VİDEO)

Körpülərdə texniki təhlükəsizlik (VİDEO)
Azərbaycanda inşa edilən körpülərə il ərzində 4 dəfə baxış keçirilir

Bir neçə gün öncə İtaliyanın Genua şəhərində körpü uçdu, 30-dan çox insan həyatını itirdi. İlk baxışdan möhkəm, dayanıqlı görünən körpünün uçması bir çox ölkədə tikilən körpülərə yenidən baxış keçirilməsi zərurətini yaratdı.

Bakıda yerdən hündürlüyü o qədər çox olmayan körpülər mövcud olsa da nəzərə almaq lazımdir ki, bu körpülərin həm üst, həm də alt hissəsindən avtomobillər istifadə edir. Yəni körpülərdə nəzarəti zəruri edən vəziyyət yalnız üstdən ibarət deyil. 

Azərbaycanda tikilən yol ötürücülərinin istismar müddəti isə 50 ildir. Amma nəzərə alaq ki, paytaxt Bakıda yalnız müəyyən hissələrdə olan körpülərdən nəqliyyat vasitələri intensiv istifadə edir.

Məsələn, Babək və Ziya Bünyadov prospektlərində eləcə hava limanında olan körpülər gün ərzində hərəkətin daha çox olduğu yol ötürücüləridir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə