ABŞ səfirliyinə silahlı hücum edənlər tutuldu

ABŞ səfirliyinə silahlı hücum edənlər tutuldu
Türkiyə polisi xüsusi əməliyyat keçirib

ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum edən şəxslar saxlanılıb. Bu barədə məlumatı CNNTürk yayıb.

Məlumata görə, Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində şübhəli 2 şəxs səfirliyə hücum edərkən istifadə edilən avtomobillə birlikdə saxlanılıb.

Saxlanılan şəxslər Əhməd Çelikten və Osman Gündaş polisə ifadəsində törətdikləri cinayəti etiraf ediblər. Onlar silahlı hücumu birlikdə həyata keçirdiyini deyib.

Qeyd edək ki, bu gün insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə