Sehirlənmiş çubuq (VİDEO)

Sehirlənmiş çubuq (VİDEO)
Maestronun yaşı əsri ötdü

Onu hər zaman səhnədə gördük. Rast simfonik muğamının banisi, Azərbaycanda dirijor məktəbinin formalaşmasında əməyi olan maestro Niyazini şeir deyərkən isə bəlkə də çoxları görməmişdi. O bu şeirini çox sevdiyi ömrünün sonunadək aşiq olaraq qaldığı 51 il birgə yol getdiyi həyat yoldaşı Həcərə tez-tez oxumuşdu. Həyat bu aşiqlərlə acı davransa da onların sevgisini tükədə bilməmişdi. Övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürmüşdülər. Amma bu övlad onlara sevinc əvəzinə kədər, fəlakət gətirmişdi. Uşaqlığını bu məşhur ailənin evində keçirən Ceyhun günlərin birində narkotik alüdəçisinə çevrilir. Elə ailə dramı da bundan sonra başlayıb. Narkotikə qurşanan Ceyhun evdəki əşyaları satır. Maestronun hər zaman barmağında olan brilliant qaşlı üzüyü, Almaniyadan maestroya hədiyyə olunmuş qızıl dirijor çubuğunu da satır. Maestro ürək xəstəliyi tapır. Ürək çatışmazlığından dünyasının dəyişən maestronun ölümündən 6 il sonra Niyazinin ailəsində dəhşətli hadisə yaşanır. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır. Şəxsi həyatı uğursuz olan maestro karyersında böyük uğur qazandı. Bir çox görkəmli bəstəkarların əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı Niyazinin qələminin məhsuludur. O, “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülmüşdü. Niyazi sadəcə dirijor deyildi. Məşhur Hacibəyovlar nəslindən olan Üzeyir Hacıbəyovun qardaş oğlu niyazi bütün varlığı ilə musiqiyə bağlı əsil sənət fədaisi idi. Bu gün bu sənət fədaisinin 106 yaşı tamam olur. Ömrünü 72-də tamam etsə də yaratdığı əsərlər onu əbədi yaşadır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə