Qurban bayramı ilə bağlı satış yarmarkalarının keçiriləcəyi ÜNVANLAR

Qurban bayramı ilə bağlı satış yarmarkalarının keçiriləcəyi ÜNVANLAR

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.

Nazirlikdən REAL-a verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə

Nərimanov rayonu

Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)
Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

Suraxanı rayonu

Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı
Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi

Binəqədi rayonu

Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)
Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)
Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)
Cəfər Xəndan küçəsi, 54, “Oazis” restoranının yanı (“Ət pavilyonu” adlanan ərazi)

Xətai rayonu

Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)

Yasamal rayonu

Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7
Xiyabani küçəsi, 10c
Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti

Nizami raronu

Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi
Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

Səbail rayonu

20-ci sahə (Badamdar şosesi)
Bayıl bazarı, Gülbala Əliyev küçəsi

Xəzər rayonu

Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası

Qaradağ rayonu

Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi)

Sabunçu rayonu

Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı
Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı
Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı
Zabrat qəsəbəsi,” Azmeat” MMC
Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi
Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı
Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
Maştağa qəsəbəsi “Kanal” marketin yanı
Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107
Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı

Bölgələr

Gəncə şəhəri

Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı

Neftçala rayonu

Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi
Xili qəsəbəsi
Bankə qəsəbəsi
Həsənabad qəsəbəsi

Şamaxı rayonu

Şamaxı şəhər stadionun yanı

Göyçay rayonu

Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

İsmayıllı rayonu

“Yaşıl market”

Lənkəran şəhəri

Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.

Ağdaş rayonu

Zeynəddin kəndi, mal bazarı

Quba rayonu

Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə

Şirvan rayonu

18 №-li məktəbin həyəti
16 №-li məktəbin həyəti

Şəki şəhəri

Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə