Ərəfatda fırtına: Azərbaycanlı zəvvarların vəziyyəti necədir?

Ərəfatda fırtına: Azərbaycanlı zəvvarların vəziyyəti necədir?

“Dünən axşam saatlarında Ərafatda qısa müddətli qasırğa olub. Eyni zamanda güclü yağış yağırıb və külək əsib. Təbiət hadisəsi nəticəsində azərbaycanlı zəvvarlardan xəsarət alan və zərərçəkən olmayıb”.

Bunu REAL-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

O bildirib ki, həmin vaxt qrupun bəzi üzvləri Minada, digərləri isə oteldə olublar: “Kimsə sosial şəbəkədə hansısa şəkil yayaraq hacıların yaxınlarını təşvişə salıb. Zəvvarların ailələrinə bildirmək istəyirəm ki, narahatlığa heç bir əsasə yoxdur və hər şey qaydasındadır. Hər kəs sağ-salamatdır. Kimsənin səhhətində hansısa problem yoxdur”.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə