Mir Şahinin vaxtı (VİDEO, 19.08.2018)

Mir Şahinin vaxtı (VİDEO, 19.08.2018)

Təbii ki, Xəzərin hüquqi statusundan başlamalıyıq və əlbəttə ki, bu tarixi uğuru Azərbaycanın aktivinə yazmalıyıq. Ona görə yox ki, problemin həllinin tələb etdiyi bütün bu müddətdə Azərbaycan beş Xəzəryanı dövlət arasında ən aktivi idi. Həm də ona görə ki, o, Xəzərə qeyri rəsmi qohum kimi öz doğması tək yanaşdı, orada çalışdı da, qurban da verdi, başı da ağrıdı, ürəyi də və günlərin bir günü ədalət qalib gəlməliydi və gəldi.

Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiyanın imzalanmasından bu gün çox quru, əsnəyə-əsnəyə danışan ekspertlərin bostanına daş atmaq kimi çıxmasın, amma deyəsən heç onların da bir çoxu əslində nəyin baş verdiyini sonadək anlamır. Bu sənədin əhəmiyyəti nə balıq, nə heft, nə ekologiyadadır, Konvensiya ilə Azərbaycanın sulardakı ərazi bütövlüyü təmin edildi. Başa düşürsüz? Oxşar hissi biz bir daha Azərbaycanın işğal altında olan ərazilərini geri alanda, ərazi bütövlüyümüz torpaqda da tam təmin olunanda keçirəcəcyik. Bax budur Xəzərin statusunun tarixi mahiyyəti! Ona görə Prezident Azərbaycan xalqını təbrik edirdi! Ona görə də biz Azərbaycan Prezidentini, avqustun 12-də adını tarixə, özü də Beş Xəzəryanı dövlətin tarixinə yazmağı bacaran İlham Əliyevi təbrik edirik. Biz Xəzərin, onun sahilində yerləşən ölkələrin tarixini dəyişən bu hadisəni birbaşa yayımda nümayiş etdirən yeganə ölkə idik.

Beş Xəzəryanı dövlət arasında yalnız Azərbaycan!!! Bütün sammiti, əvvəldən axıradək! Çünki biz bu faktın qlobal miqyasını yaxşı dərk edirdik. İlk dəfə idi ki, Xəzərin postneft periodu üçün hazırlandığı ən yüksək səviyyədə etiraf və elan olunurdu. Neft də, qaz da nə vaxtsa bitir, bitməyən yalnız yoldur. Konvensiya ilə yeni qüvvəyə minən Xəzər bu reallığa hazırlanır və burada daha uzun müddət və məsafə üçün tədarük görülür.

Azərbaycanın dünya yolu, Avropa yolu üzərində xaba - qovşağa çevrilmə siyasətini İlham Əliyev torpaqdan su üzərinə keçirdi və bunu digər Xəzəryanı dövlətlərin də maraqlarını zədələmədən etdi. Prezidentlər doğru deyirdilər: Xəzər nə göldür, nə də dəniz. Xəzər göldən də, dənizdən də artıqdır!

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə