Məmmədyarov ABŞ-dakı superturnirə qələbə ilə başladı

Məmmədyarov ABŞ-dakı superturnirə qələbə ilə başladı
Qrossmeysterin növbəti rəqibi Aleksandr Qrişuk olacaq

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb. Ş.Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib.

Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür.

Turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər.

Qeyd edək ki, bir dövrə keçiriləcək və avqustun 27-i başa çatacaq turnirin mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.

Onu da qeyd edək ki, Ş.Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə