Fernando Alonso “Formula-1”dən gedişinin səbəbini açıqlayıb

Fernando Alonso “Formula-1”dən gedişinin səbəbini açıqlayıb

"McLaren" komandasının cari ilin sonunda "Formula-1" karyerasını bitirəcəyini elan etmiş ispaniyalı yarışçısı bu addımı nə üçün atdığına aydınlıq gətirib.

“Report” xəbər verir ki, ikiqat dünya çempionunun sözlərinə görə, "Kral yarışları"nın nəticələri artıq öncədən proqnozlaşdırıla bilən olub.

"İndi biz yarışlarda nə baş verəcəyini əvvəlcədən deyə bilərik. Biz finişdə top-15-in düzülüş qaydasını bir neçə səhvə yol verməklə qabaqcadan müəyyən edə bilərik. Görün yarışlar necə proqnozlaşdırıla bilən olub və bu, insana çox ağır gəlir", - deyə Alonso əlavə edib.

İspaniyalı yarışçı "Formula-1"də 2001-ci ildə debüt edib. O, 2005 və 2006-cı illərdə dünya çempionu olub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə