“Real Madrid” İtaliya klubundan FIFA-ya şikayət edəcək

“Real Madrid” İtaliya klubundan FIFA-ya şikayət edəcək

İspaniyanın “Real Madrid” klubu İtaliya təmsilçisi “İnter”dən FIFA-ya şikayət edəcək.

“Report” “Marca”ya istinadən xəbər verir ki, buna səbəb milanlıların “kral klubu”nun futbolçusu Luka Modriçlə gizli danışıq aparmasıdır. Qaydalara əsasən, başqa bir klubun oyunçusu ilə onun müqaviləsinin başa çatmasına 6 ay qalmış təmas qurmaq olar.

33 yaşlı xorvatiyalı yarımmüdafiəçinin “Real Madrid”lə 30 iyun 2020-ci il tarixinədək sözləşməsi var.

Qeyd edək ki, daha əvvəl Madrid klubunun direktoru Emilio Butraqenyo Modriçin satılmadığını açıqlayıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə