Ali məktəb üçün ali fırıldaq (VİDEO)

Ali məktəb üçün ali fırıldaq (VİDEO)
Abituriyent topladığı nəticəyə müdaxilə etdi

Ali nməktəblərə qəbulun nəticələrinin açıqlandığı bir vaxtda sosial şəbəkələrdə 596 bal toplasa da universitetə girə bilməyən abituriyent barədə məlumat yayılmağa başladı. Öyrəndik ki, bu xəbəri sosial şəbəkəyə yayan təhsil üzrə ekspert Kamran Əsədovdur. Əvvəlcə həmin şəxs bu məsələdə ona kömək etməsi üçün ekspertə müraciət edib.

DİM Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması ilə bağlı iddianı qəbul etmir. DİM sədri M.Abbaszadə REAL-a bildirdi ki, abituriyentin imtahan nəticələri ilə bağlı heç bir saxtakarlıq olmayıb: "Abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Həmin iş nömrəli abituriyent daha aşağı bal topladığı üçün müsabiqədən keçməyib. Sadəcə olaraq, imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılıb və həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar yüksək qeyd olunub”.

Məleykə Abbaszadə bildirib ki, Mərkəzin nüfuzuna zərbə vurduğu üçün və sosial şəbəkələrdə bu yalan məlumatı yaydığı üçün ekspert Kamran Əsədov məhkəməyə veriləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə