Bəxtiyar şair (VİDEO)

Bəxtiyar şair (VİDEO)
Bu gün Bəxtiyar Vahabzadənin ad günüdür

Bu gün onun doğum günüdür. Bəxtiyar şairin. 20-ci əsrdə Səməd Vurğundan sonra ən çox yadda qalan, ən çox sevilən Bəxtiyar Vahabzadənin. Hardansa oxumuşdum ki, o Səməd Vurğunun da olduğu məclisdə durub həyəcanla şeir oxuyub. Səməd Vurğun isə “bu cavan məndən də yaxşı yazır”- deyib. Bilmirəm, hansı daha yaxşı yazırdı, amma xalq hər ikisini sevdi. Birini bir az daha az, birini bir az daha çox ola bilər, amma bu iki ad 20-ci əsr Azərbaycan şeirində hadisəyə çevrildi.

Həyatı da başdan-ayağa hadisə idi Bəxtiyar Vahabzadənin. 1962-ci ildə millətçi damğası ilə işlədiyi Universitetdən qovmuşdular onu. Əlbəttə, “Gülüstan”ın müəllifinə o illərdə heç kim gülüstan yaratmayacaqdı. Amma o poeziyası ilə bizi həmişə gülüstana dəvət edərdi…

Onu şeirləri qədər oxucusuna sevdirən həm də cəsarəti idi. O cəsarətdən 1990-cı illərin əvvəllərində hamı fəxrlə, fəxarətlə danışardı. Özü isə ölümqabağı bu söhbətləri uşaq kimi kövrək, ağlaya-ağlaya dinləyərdi.

Hər halda, Bəxtiyar şairdir. Şeirləri də, ictimai-siyasi fəaliyyəti də onu əsrlər boyu yaşadacaq. Öz təbirincə desək, ona görə yox ki, dünya fırlanır, ona görə ki, o şeirin başına fırlanan şair idi, böyük millət adamı idi… Nur içində yatsın...

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə