Əbədi “Qətl günü”

Əbədi “Qətl günü”
Yusif Səmədoğlunun vəfat etdiyi gündür

Yusif Səmədoğlunun adı gələndə yadıma həmişə onunla bağlı məşhur bir hadisə düşür. Lətifə kimi hadisədir əslində. Hərəkat illəri imiş. Dostlarından biri Yusif Səmədoğlundan soruşur ki, niyə prezidentliyə namizədliyini vermirsən?

Yusif müəllim cavab verir:

- Qorxuram namizədliyimi verəm, seçiləm. Bəs sonra neyləyərəm?

Yəni, o qədər saf , o qədər də baməzə adam idi. Amma bütün təhər-töhüründən ciddiyyət yağırdı. Ağır taxtalıydı, eynəyinin arxasından elə diqqətlə baxırdı ki, sanki “Qalaktika”da ulduz axtarışındadır.

Onu ilk dəfə elə Qalaktika əsərindən tanımışdım. Təbii ki, əgər ekranalrımızın bəzəyi “ 7 oğul istərəm “filmini nəzərə almasaq. Atası Səməd Vurğunun Komsomol poeması əsasında bu filmin ssenarisini Yusif Səmədoğlu yazmışdı. Biz komsomolçuların çox sevdiyi film idi. 

Sonra komsomol dövrü bitdi, Yusif Səmədoğlunu hərəkatın önündə gördük. Ədəbiyyatdan siyasətə transfer edən siyasət adamı kimi. Fəal millət vəkili kimi... 

Onun vəfat etdiyi 1998-ci il bu günkü kimi yadımdadır. Parlament müxbiri idim. Həmişə yazıçı Anarla arxa sırada qoşa oturardı. Bir gün yeri boş qaldı. O boşluq hələ də hiss olunur. Ədəbiyyatda da, siyasətdə də . Səməd Vurğunun ilki, varisi kimi yox, 60-cılar nəslinin ən parlaq nümayəndələrindən biri kimi. “Qətl günü” romanının müəllifi kimi. Yuxunuz şirin olsun dirilər-xitabının sətiraltısında gizlənən həqiqət kimi.
Yuxun şirin olsun, həmişə diri ADAM!
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə