Alim olmaq çətinliyi… (VİDEO)

Alim olmaq çətinliyi… (VİDEO)
Alim Qasımovun 61 yaşı tamam oldu

Onun haqqında elə bilirəm hər şeyi danışıblar. Muğamatın alimindən, Alimin muğamatından. Mən nə danışım deyə çox düşündüm. Bir halda ki, musiqi özü danışırsa, bütün gözəlliklər Alimin dilində musiqi dilinə çevrilirsə, daha sözə nə hacət? İllah da ki, o musiqi İlahi bir musiqidirsə...

Belə ilahi çağırışın sehrinə ilk dəfə Peyğəmbər filminə baxanda düşmüşdüm. İlahi, Allah bu qarabalaya nə gözəl səs, nə gözəl nəfəs verib. Amma sonra gördüm bizim qarabalalar da ondan heç də geri qalmırlar.

Alim Qasımov oxuyanda özünü sözün əsl mənasında unudur. Ondan başqa heç kim belə haldan-hala düşmür. Əvvəllər bu qətiyyən mənə çatmırdı, yerdə bardaş qurub da dünyaya necə mədəniyyət təbliğ etmək olar? deyə. Sonra anladım ki, yanlış düşünmüşəm. Alim əslində bardaş qurmur, yerdə oturmur, o yerdən qopub oxuyur, göylər üçün oxuyur, İlahi səslə oxuyur. Həmişə oxu sənətkar. Səsini sevənlər o qədər çoxdur ki. Onlar üçün oxu...

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə