70 yaşlı gənc - VİDEO

70 yaşlı gənc - VİDEO
Akif İslamzadə 70 yaşı tamamladı

70 yaşlı Akif İslamzadə... Adamın heç inanmağı gəlmir. Bilirsizmi niyə? Çünki Akif İslamzadə tamaşaçısının gözü qarşısında qocalmadı. Səsi tamaşaçını nə qədər məsud etdisə, özünü o qədər məyus etdi. Tez parladı, yaradıcılığı onu qısa müddət ərzində məşhur elədi. Hətta anası Sara xanım Qədimova qədər məşhur. Amma onu Sara xanıma görə yox, özünə görə tanıdılar. Sara Qədimovanın oğlu kimi yox, Akif İslamzadə kimi sevdilər. 

Yadımdadır, bir dəfə ondan “Varis” rubrikası üçün müsahibə götürmüşdüm. Şeyx Şamildən misal çəkmiş, demişdi ki, Şeyx Şamil qanunu pozan anasına kəsilən 40 şallaq cəzasını öz üzərinə çəkir, “Anama vurulacaq çubuğu mənə vurun” deyir. Akif İslamzadənin timsalında həm də anasını canı-dildən sevən bir oğlu tanımışdım onda. 

Bu yaxınlarda bir müsahibəsini də oxudum. Deyirdi ki, anamın ölümündən sonra ağzımın dadı qaçıb. Eyni şeyləri onun özü haqında da məmnuniyyətlə demək olar. Səhnəmizdən tez getməklə ağız dadımızı qaçırtdı. Yerinə o qədər bayağılar gəlib doldu ki, əminəm özü də bunun fərqindədir. Neynək, kaş ötən günləri geri qaytarmaq mümkün olaydı…

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə