Bu il 4000 köçkün evlə təmin olunacaq – EKSKLÜZİV

Bu il 4000 köçkün evlə təmin olunacaq – EKSKLÜZİV
Məcburi köçkünlər üçün üç yerdə binalar tikilir

Bu ilin sonuna qədər 4 000 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bu məqsədlə paytaxtda daha üç yerdə binalar tikilir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədr müavini Gəray Fərhadov REAL TV-yə açıqlamasında bildirib ki, yeni mənzillərə həmin rayonların ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlər yerləşdiriləcək. 

Komitə rəsmisi bildirdi ki, Abşeronda salınan qəsəbədə ümumilikdə 2009 mənzil inşa olunacaq. İlkin olaraq bu il 1000 ailə, gələn il 1009 ailə həmin qəsəbədə evlə təmin olunacaq. 

Hazırda isə QMKİDK əsasən zirzəmilərdə yaşayan ailələrin köçürülməsi işlərini həata keçirir. Siyahı üzrə müəyyən edilmiş 270 ailə may ayında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi Qobu Park yaşayış kompleksinə yerləşdirilib. 

Xatırladaq ki, ötən il birinci vitse-prezident Mehriban Əliyevanın təməlini qoyduğu QobuPark yaşayış kompleksi 1026 mənzilli 11 ədəd 9 mərtəbəli yaşayış binasndan ibarətdir. Qəsəbədə uşaq parkı, istirahət parkı, eləcədə məktəb, bağça və digər iaşə obyektləri inşa edilib. Artıq yaşayış komplesinə paytaxtda ən pis şəraitdə və zirzəmilərdə yaşayan 200 dən çox ailə yerləşdirilib.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə