Yekunlaşmayan istintaq - VİDEO

Yekunlaşmayan istintaq - VİDEO
Pambıqçıların zəhərlənməsi ilə bağlı araşdırmalar davam etdirilir

İyun ayında bir neçə rayonda pambıqçıların sahələrdə zəhərlənməsi ilə bağlı araşdırmalar davam etdirilir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Ələddin Eyvazov REAL-a açıqlamasında bildirib ki, zəhərlənmə faktları ilə bağlı istintaqa aidiyyatı qurumların nünayəndələri də cəlb ediliblər. 

Pambıq sahələrində zəhərlənmə faktları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, araşdırmalar hələ yekunaşmayıb. Yaxın günlərdə araşdirmanın nəticələri ilə bağlı ictinaiyyətə məlumar veriləcək. 

Qeyd edək ki, zəhərlənmə faktı ilə bağlı bir neçə vəzifəli şəxs həbs edilib, bəziləri isə vəzifəsindən uzaqlaşdırılıb. Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma- ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb. İş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə