Statuslu Xəzər və ya bölünən dəniz - VİDEO

Statuslu Xəzər və ya bölünən dəniz - VİDEO
Avqust konvensiyası problem tam həll edəcəkmi?

Xəzəryanı ölkə başçılarının sammiti, əgər məkan növbəti dəfə dəyişməsə, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək. “Dəyişməsə”ni ona görə dedim ki, bir müddət əvvəl bu görüşün Astanada keçiriləcəyi deyilmişdi. Sonradan Aktau daha aktual oldu… Amma bu sammitin harada baş tutmasından aslı olmayaraq, nəticəsi olduqca əhəmiyyətli olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişkən- düz 20 illik gərgin danışıqların, görüşlərin nəticəsi olacaq. Ancaq bu da məlumdur ki, status mübahisələri tam mənada aradan qaldırmayacaq. Bu, bizim analitiq təhlilimizin məntiqi nəticədi deyil. Tərəflərin özləri də bundan sonra da müzakirə olunacaq problemlərin mövcudluğunu etiraf edirlər. Əsasən ikitərəfli danışıqlar formatı hələ uzun müddət dəbdə olacaq… 

Bu reallığı Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun rəhbəri Xələf Xələfov da dəfələrlə vurğulayıb. Yəni, nazir müavini, ikitərəfli danışıqların daimi xarakter daşıyacağını hələ bir müddət əvvəldən demişdi. Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri mövcuddur. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. Ancaq təəssüf ki, İran və Türkmənistanla da hər şey yolundadır fikrini səsləndirə bilmirik. Nədir problem?

Bəzi ekspertlər, anlaşma baxımından İrandan daha sərt görünən Türkmənistanın ikinci əldən idarə olunduğunu iddia edirlər. Ümumilikdə isə bu respublikada hansı ölkənin daha çox nüfuza malik olduğu bəllidir. Bir sözlə, vəziyyət ruscadı... Türkmənistanla bir yatağa girmək, daha doğrusu yataqların birgə işlənməsi hələ çox dartışılacaq. 

İmzalanacaq konvensiyaya əsasən, Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur. Dənizin dibi tamamilə üzbəüz və yan dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Amma bir məsələdə anlaşılmazlıq var. Konvensiyada qeyd edilir ki, Xəzəryanı ölkələr arasında hərbi balans qorunmalıdır. Amma əvəzində nə baş verir? Rusiya Dağıstanın Kaspiysk şəhərində donanmasını gücləndirir, hətta yeni hərbi gəmilər alır. Bu isə o deməkdir ki, hələ konvensiya imzalanmamış Rusiya bu sənəddə öz əksini tapan müddəaya əhəmiyyət vermir. İndi gəl, buna rus demişkən, “ничего” de. Hansı ki, bu işin çox eybi var... 
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə