DMX: Azərbaycana gələn əcnəbilərin sayında artım var

DMX: Azərbaycana gələn əcnəbilərin sayında artım var

“Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib”.

REAL-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib.
 
O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: “Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artım olduğunu göstərir”.

DMX rəisinin sözlərinə görə, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: “Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 olub”.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə