Gəncədə saxlanılanların müdafiəsinə ətraf rayonlardan vəkillər cəlb olunub

Gəncədə saxlanılanların müdafiəsinə ətraf rayonlardan vəkillər cəlb olunub

Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslərin müdafiəsi üçün ətraf rayonlardan vəkillər cəlb olunub. 

REAL-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A. Bağırov bildirib ki, Gəncə hadisələri zamanı vəkillər dövlətçilik mövqeyindən çıxış edib, bu hadisələri pisləyiblər: "Ancaq istənilən şəxs hüquqi müdafiə ilə təmin olunmalıdır. Gəncə hadisələri ilə bağlı saxlanılanların sayı o şəhərdəki vəkillərin sayından çoxdur. Ona görə də, həmin şəxslərin müdafiəsinə ətraf rayonlardan da vəkillər cəlb olunub".

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə