Hərbi çevrilişin fiaskosu - VİDEO

Hərbi çevrilişin fiaskosu - VİDEO
Azərbaycan Türkiyə dövlətinin yanında oldu

İki il bundan öncə Türkiyədə nə baş verirdi? Yaxud başı boşların boşa çıxan məkrli planının arxasında nə dəyanırdı? Və ya radiusu böyük olsa da, içi boş olan başların, daha dəqiq desəm, yekə başların - müdrik, mübariz, birilik nümünəsi olan Türk xalqına qarşı apardığı çirkin oyunlar kimə və nəyə xidmət edirdi? Təbii ki, cavab hər kəsə hətta bu oyunu qurumlara da bəlli idi. 2016-ci ilin 15 iyul tarixi Türkiyədə yeni bir dönəmin, yeni başlanğıcın bir istiqlal mücadiləsinin əsasını qoydu. Heç kimin gözləmədiyi anda bir qrup avantürist Türkiyədə hərbi çevriliş cəhdinə əl atdı. Dövlət televiziyası TRT ələ keçirildi, Atatürk hava limanı bağlandı, İstanbul və Ankara küçələrinə tanklar yeridildi. Ölkədə hərbi vəziyyət və komendant saatı elan olundu. Olanlar oldu, yaşananlar yaşandı. Özlərini xunta sayan bir qrup dəstənin bacaracağı isə yalnız qardaş qanı tökmək oldu. Gecə saatlarında yüz minlərlə insanın küçələrə çıxaraq hərbçilərin qarşısını kəsməsi, dövlət qurumlarının binaları ətrafında əl-ələ verərək "canlı sipər" qurmaları, ən başlıcası isə prezident Rəcəb Tayyib Ərdoğanın "Ölkəni və vətəni qorumaq üçün hamı meydanlara, limanlara!" çağırışına səs vermələri xalqın kimin tərəfində olduğunu göstərdi. Türk xalqı vətənə uzanan əlləri qırmağı bacardı. Çətin sınaqda Türkiyənin yanında olan ilk dövlət isə Azərbaycan oldu. 
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə