Şeyxülislam: “Gəncədə baş verənləri terror kimi qiymətləndiririk” - VİDEO

Şeyxülislam: “Gəncədə baş verənləri terror kimi qiymətləndiririk” - VİDEO
“Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın əli var”

"Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk".

REAL-ın xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən din xadimlərinin ümumrespublika toplantısında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. Təbii ki, bu terror hadisələrinin təşkilatçıları Azərbaycanın beynəlxalq arenda nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir", - deyə, A.Paşazadə əlavə edib.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə