Ürəkdən ölən aktyor - VİDEO

Ürəkdən ölən aktyor - VİDEO
Bizi ürəkdən güldürən aktyorun - Telman Adıgözəlovun doğum günüdür

80-ci illərin boz efirinə “Evləri köndələn yar” tamaşası xüsusi bir rəng gətirmişdi. O tamaşaya rəng qatan qəhrəmanlardan biri də bu dəri gödəkçəli oğlan idi -  Telman Adıgözəlov. Dəbli geyim tərzi vardı, hər adam bu dəri plaşın arzsunda ola bilərdi, amma hər adam onu geyinə bilməzdi... Telman geyinmişdi, üstəlik bu ona həm də çox yaraşmışdı. Eynən oynadığı obraz ona yaraşan kimi. 

Bu tamaşaya qədər biz onu kinoda da görmüşdük. Məsələn, çox sevdiyimiz “Nəsimi”də epizodik rola çəkilsə də, hamını ağlada bilmişdi. 

Amma yaratdığı obrazlar daha çox adamı güldürməyə hesablanmışdı. Gülüş Telman Adıgözəlovun üzünün ifadəsi idi. Ciddi olanda da gözləri sanki gülürdü.

Yaxşı aktyor idi. Amma yaxşı tale yazmadı Allah ona. Azərbaycanda aktyor olmağın çətinliyini çiyinlərində daşıdı. Darısqal evdə uşaq böyütdü, az maaşa qulluq elədi, sənəti onu bəy kimi yox, masabəyi kimi yaşatdı. Surxayzadə kimi

Bu gün onun doğum günüdür... 8 il qabaq bizi tərk edən Telman Adıgözəlovun. Rollarını o qədər ürəklə oynayırdı ki, diaqnozu ürək çatışmazlığı oldu. Ürəyi sənətlə döyünən adam başqa nədən ölə bilərdi ki?


 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə