Din xadimləri Gəncədə toplaşdı - VİDEO, FOTO, YENİLƏNİB

Din xadimləri Gəncədə toplaşdı - VİDEO, FOTO, YENİLƏNİB
“İmamzadə” ziyarətgahında şəhid polis zabitlərinin ruhuna ehsan verilib

Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə toplantı keçirilib.

REAL-ın xüsusi müxbiri xəbər verir ki, din xadimlərinin ümumrespublika toplantısını Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə açdı. O çıxışa İmamzadə kompleksinin hələ Sovet dövründə məruz qaldığı təzyiqdən və o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin bu müqəddəs ocağı qoruya bildiyini qeyd etməklə başladı. Hacı Allahşükür Paşazadə dedi ki, toplantı Gəncədə dinlə pərdələnən bir qrup kriminal element tərəfindən qətlə yetirilmiş şəhid polis zabitlərimizin ruhuna bir ehtiram olaraq keçirilir. Bununla yanaşı Azərbaycan dövlətinə, islam dininə güllə atmış şəxslərin hərəkətinin birmənalı olaraq terror kimi qiymətləndirilməsi üçün daha bir fürsətdir. Şeyx bəyan etdi ki, bizi heç nə haqq yolumuzdan döndərə bilməyəcək, qarşımıza çıxan bu sınaq da dindarların Prezident İlham Əliyevi, dövlətimizi ləyaqətlə və etibarlı surətdə dəstəklədiyini nümayiş etdirdi: "Mənimlə görüşündə Qaregin özü etiraf etmişdi ki, mən Sizə, Azərbaycana qarşı təbliğat aparıram. Görürsünüz, hətta ermənilərin dini lideri özü bunu boynuna alır. Deməli, düşmənin Azərbaycandakı sabitliyi, inkişafı pozmaq niyyəti həmişə var və buna görə də öz planlarını icra etməyə imkan axtaracaq". 

Şeyx Prezident İlham Əliyevin Gəncədə törədilən terror aktlarını həyata keçirənlər, onlara kömək edənlərin tapılıb dərhal cəzalandırııması barədə verdiyi tapşırığı xatırlatdı. Şeyx İslam dininin Azərbaycanda əhatə olunduğu dövlət qayğısı ilə yanaşı ölkəmizin beynəlxalq aləmdə də qazandığı nüfuza diqqət çəkdi. 

Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin Azərbaycanda nqmunəvi mövcudluğu, dindarların, inanclıların multikultural bir ölkədə xüsusi qayğı ilə əhatə olunduğunu vurğuladı. Mübariz Qurbanlı hər kəsin, hər bir vətəndaşın bu günlər daha həssas olmaq kimi vəzifəsini, diqqətli olmaq borcunu xatırlatdı. 

Qafqaz Müslmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli terroru lənətlədiyini söylədi və bu cür əməllərin əslində dini, İslamı gözdən saldığını qeyd etdi. Qafqaz Müsəlmanları idarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Azərbaycanda bütün inanclı insanların, dindarların Gəncədə terror aktı törədənlərin cəsalandırılması tələbini irəli sürməsini Dövlətə, Prezidentə etibar və inam göstəricisi kimi qiymətləndirdi.  

Toplantıda Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli baş verən qanlı aktı Əhli-beytə Azərbaycan xalqının ehtiramı kontekstində şərh etdi: “Bu ölkədə Əhli Beytə olan hörmət, onlara məxsus olan irs belə bir qəddarlığı yolverilməz edir. Amma dövlət inkişaf edirsə, onun inkişafına zidd olan qüvvələrin də müəyyən cəhdlərinə hazır olmaq lazımdır”.  

İçərişəhər Cümə məscidinin icma sədri Hacı Surxay Məmmədli islam dinini dünyada gözdən salmaq istəyən qüvvələrin məkrindən danışdı. O dedi ki, Allah islam dinini ən humanist din kimi yaradıb.

Gəncə İmamzadə ziyarətgahının rəhbəri, şəhid Səməd Abbasovun qardaşı Hacı Tahir Abbasov çıxışında baş vermiş terror aktının Azərbaycana, dövlətə, dinə qarşı olduğunu söylədi. Prezidentin dinə və dindarlara xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi: “Amma qardaşımın və mənəvi qardaşımın qanı sübut etdi ki, Azərbaycanın düşmənləri öz niyyətinə çatmayacaqlar! Bizim İlham Əliyevə sədaqət andımız var!”

Sonda Şeyxülislam toplantıya qatılanlara xitabən deyib: “Siz burdasınızsa, bütün Azərbaycan burdadı. Ölkənin hər yerindən bura gəlmisiniz. Bu, həm də o deməkdir ki, biz həmişə dövlətimizlə bir yerdə olacağıq və heç bir qüvvə bizi dövlətimizdən, prezidentimizdən ayıra bilməz.

Toplantıdan sonra şəhid polis zabitlərinin xatirəsinə ehsan verilib.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

***

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərinə gediblər. REAL-ın Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində qurum rəsmiləri İmamzadə ziyarətgahında iyulun 10-da Gəncədə terakt zamanı şəhid olmuş polis zabitlərinin ruhuna verilən ehsan mərasimində iştirak edirlər.

Daha sonra Qafqaz Müsəlmanaları İdarəsi qazılarının, o cumlədən Gəncəbasar bölgəsində və ölkənin digər bölgələrində fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə geniş toplantı keçiriləcək. Toplantıda Gəncədə törədilmiş hadisələr ətrafında söhbət aparılacaq, törədilən qanlı olayların terror aktı olduğu və bunun dinlə heç bir əlaqəsinin olmadığı qeyd olunacaq. Geniş toplantıda terror aktını törədənlərin İslama mənsub olmalarının mümkünsüzlüyü, əslində onların İslam əlyehinə köklənmiş insanlar olduğu bir daha vurğulanacaq.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə