“Putin Trampa öz şərtlərini qəbul etdirə bilər” - VİDEO

“Putin Trampa öz şərtlərini qəbul etdirə bilər” - VİDEO
Metyu Brayza: “Əgər Putin Trampı Krımla bağlı öz mövqeyinə inandırsa...”

Donald Trampla Vladimir Putinin görüşü vacibdir, ancaq bir qədər də narahatlığa səbəb olur. Çünki Putin daha təcrübəli siyasətçi olaraq, bir sıra vacib məsələlərdə Trampa öz şərtlərini qəbul etdirə bilər. Bunu REAL-a açıqlamasında ABŞ-ın Azərbaycandaki keçmiş səfiri Metyu Brayza deyib.

“Tramp Putinlə təkbətək görüşdü, yanında isə heç bir məsləhçi yox idi. Nəzərə alsaq ki, Rusiya rezidenti Vladimir Putin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifədə olub, inanıram ki, bır sıra məsələlərdə Trampa təsir edə bilər. Əgər Putin Trampı Krımla bağlı öz mövqeyinə inandırsa, bunun həm də Cənubi Qafqazdakı münaqişələrin gələcəyində mənfi şəkildə əks olunması mümkündür”, - Metyu Brayza əlavə edib. 

“Vladimir Putinlə Donald Trampın görüşü 1986-cı ildə Reykyavik şəhərində baş tutmuş Ronald Reygan-Mixail-Qorbaçov görüşünü xatırladır”. Bunu isə REAL-a rusiyalı siyasətçi, “Yeni Rusiya” hərəkatının rəhbəri Nikita İsayev bildirib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş 2 saat 10 dəqiqə davam edib. Donald Tramp Vladimir Putinlə təkbətək görüşü “çox yaxşı başlanğıc” adlandırıb. Prezidentlər işgüzar nahar formatında danışıqları davam etdirib.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə