Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır”

Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır”

“Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz dünyada təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”. 

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti ilə görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb: “Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə