Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü Bakıda anılıb - VİDEO

Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü Bakıda anılıb - VİDEO
Səfir Erkan Özaral: “Bu, dövlətə qarşı xəyanət idi”

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ikinci ildönümü Bakıda anılıb. REAL-ın məlumatına görə, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. 

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Azərbaycan Milli Məclisinin deputatları, KİV rəhbərləri iştirak edib.

Çıxış edən Erkan Özaral deyib ki, Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən hadisələr üzücüdür. Onun sözlərinə görə, bu, dövlətə qarşı xəyanət idi.

Səfir bu məsələdə xalqın bir mövqedən çıxış etdiyini vurğulayıb: “Bu, milli dastandır. Biz bununla qürur duyuruq. Xəyanətkar şəbəkə islam dinindən istifadə edərək çevriliş etməyə çalışdılar. Bunların islam dininə aidiyyatı yoxdur. Bunlar hər cür yola əl atdılar ki, məqsədlərinə nail olsunlar. Çünki bu şəxslər satılmışdırlar. Xalq isə iradəsini ortaya qoydu. Kimsə türk millətini məğlub edə bilməz. Dünya var olduqca, bu millət dövlətinə sahib çıxacaq”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı deyib ki, Azərbaycan bu məsələdə Türkiyəyə dəstək verib.

O, hər iki ölkənin tarixində oxşar hadisələrə diqqət çəkib.

Sonra 15 iyul hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə