Əli Həsənov: “Millətin iradəsinə qalib gəlmək mümkün deyil” - VİDEO

Əli Həsənov: “Millətin iradəsinə qalib gəlmək mümkün deyil” - VİDEO
“Gəncədə qətlə yetirilən zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər”

“Tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və bundan sonra da olmayacaq”. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul çevrilişinə cəhdin ikinci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib. 

“2016-cı ilin 15 iyulunda Türk əsgərinə silah çəkən azğınlaşmış insanlar nəyə çalışırdılar? Xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə, xalqın iradəsini pozmağa, ona qalib gəlməyə. Elə buna görə də məğlub oldular”, - Əli Həsənov deyib. 

Prezidentin köməkçisi xatırladıb ki, 1994-1995-ci illərdə Azərbaycanda da çevrilişə cəhd olub, lakin xalqın iradəsi qalib gəlib. 

Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Ə. Həsənov bildirib ki, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib: “Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə