Didye Deşamın Fransa millisindəki gələcək karyerasına aydınlıq gəlib

Didye Deşamın Fransa millisindəki gələcək karyerasına aydınlıq gəlib

Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Fransa yığmasının baş məşqçisi Didye Deşam postunda qalacaq.

“Report”un “L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis postundan öz istəyi ilə getməyəcək. O, bildirib ki, 1998-ci ildə dünya çempionu olduqdan sonra Fransa millisini tərk edən Eme Jake kimi davranmayacaq: “Mən qalıram. Çünki müqaviləmə uyğun öhdəliyim var. Bir neçə həftəlik yoxa çıxacağam. Lakin sonra yenə görüşəcəyik”.

Qeyd edək ki, Fransa millisi Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edib. Deşam 2012-ci ildən ölkəsinin əsas komandasına rəhbərlik edir. Onun Fransa Futbol Federasiyası ilə 2020-ci ilə qədər müqaviləsi var.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə