“15 İyul”dan 2 il ötür

“15 İyul”dan 2 il ötür
Türkiyədə millət küçələrə çıxaraq hərbi çevrilişin qarşısını aldı

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin iki ili tamam olur. 2016-cı il iyulun 15-də axşam Fətullah Gülən dini camaatının üzvləri olan hərbçilər və onlara dəstək verən bir qrup silahlı çevrilişə cəhd etdi. 

Çevrilişə cəhd edən Fetö terror qruplaşmasının məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü “Yurdda Sülh Şurası” adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi.

Türkiyədə hərbi çevrilişə cəhd edənlər ilk növbədə Ankarada polis akademiyasını partladılar. 

FETÖ-çular daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahını zəbt etdilər. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibini ələ keçirdilər. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutdular.

FETÖ terror qruplaşması küçələrə tanklar çıxardılar. Ölkənin hava limanlarını, körpü və magistral yollarını nəzarət altına aldılar. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirdilər. AKP hökumətinin fəaliyyət imkanları iflic etdilər.

Həmin gün Türkiyə xalqı və prezident Rəcəb Tayyip Ərdoğan Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə aparıb. Dövlət və xalqın birliyi ölkə tarixinə yeni bir səhifə yazıb.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs həlak olub, 1491 nəfər yaralanıb. Hadisə ilə əlaqədar yüzlərlə general, hərbçi, hakim, prokuror saxlanılıb.
Təşkilatın rəhbərlərindən olan 661 nəfər ömürlük həbs edilib, 101 iş üzrə istintaq aparılır. Eyni zamanda, FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindəki vəzifələrindən azad edilib, təxminən 50 min nəfər həbs edilib. 

Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdi Azərbaycan, eləcə də dünya ictimaiyyəti demokratiyaya qəsd kimi qiymətləndirib. İlk olaraq Türkiyə hakimiyyətinə dəstəyini ifadə edən dövlət başçılarından biri Azərbaycan prezidenti İlham Əliyev olub. O, hadisəni qəti şəkildə pisləyib, Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd adlandırıb.

Bu gün Türkiyədə bununla bağlı bir sıra kütləvi tədbirlər olacaq. əsas anım tədbiri – yürüş İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı baş tutacaq. İyulun 18-də isə ölkədə çevriliş cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv ediləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə