DÇ-2018: Bürünc medallar Belçikanın oldu (FOTO)

DÇ-2018: Bürünc medallar Belçikanın oldu (FOTO)

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib. 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb.

Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.

Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb.

Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.
 
Dünya çempionatı
3-cü yer uğrunda oyun
 
14 iyul
Belçika – İngiltərə - 2:0
Qollar: Tomas Menye, 4, Eden Azar, 82

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə