Belçika İngiltərəyə qarşı

Belçika İngiltərəyə qarşı
Mundialın bürünc medalı kimin olacaq?

Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədir. Bu gün ilk mükafatçı bilinəcək.

Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gələcək.

Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika üçüncülüklə təsəlli tapmaq arzusundadır.

Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görür.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə