G“özəl” qiymətli bağçalar (VİDEO)

G“özəl” qiymətli bağçalar (VİDEO)
Balacalara qoyulan “böyük” qiymət

Bu gün Azərbaycanda qeydiyyatdan keçərək fəaliyyət göstərən lisenziyalı özəl bağçaların sayı 94-dür. Bu isə respublika üzrə götürəndə olduqca az rəqəmdir. 

Bəs ümumilikdə bağçalara tələbatın bu qədər yüksək olduğu ölkəmizdə nə üçün özəl bağçaların sayı məktəbəqədər uşaqların sayına mütənasib deyil? Cavab olduqca sadədir: yüksək qiymətlər.

Məsələn, bir az araşdırma aparanda məlum olur ki, paytaxtda hətta aylıq qiyməti 700-1000 manat civarında olan özəl bağçalar var. Nəzərə alsaq ki, ölkədə minimum əmək haqqı 130 manat təşkil edir, orta gəlirli ailənin özəl bağçaya yaxın düşməsi mümkün deyil. 

Məsələn, paytaxtın mərkəzi rayonlarında yerləşən “Şəkərbala” bağçasının aylıq ödənişi 650 manat təşkil edir. “Çeburaşka” bağçası 500 manat, "Sehirli dayə" isə 480 manatdan aylıq ödəniş tələb edir. "Modern baby" 650-700 manat, “İlayda” bağçası 300 manat. “Buta” 350 manat.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə