DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək

DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək
Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib

2022-də ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək.
 
Bunu "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib.

O, 2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib:

"Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib. Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qatarda futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur".

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə