Keşişin cümə axşamı duaları (VİDEO)

Keşişin cümə axşamı duaları (VİDEO)
Macarlar “Dalğa”da boğuldu

Avropa liqasında mübarizəyə başlayan klublarımızdan yalnız “Neftçi” ilk mərhələdə qələbə qazandı. “Dalğa Arena”da keçirilən oyun başlayan kimi rəqib hesabda önə keçdi və bu gedişat flaqmanın planına uyğun deyildi.

İtaliyalı Roberto Bordinin gəlişindən sonra azarkeşlər komandanın müdafiə planında daha inamlı təsir bağışlayacağını gözləyirdi. Bordin üçün xüsusi olaraq “xoşgəldin” pankartı da açılmışdı. Oyun boyu texniki zonada var gəl edən mütəxəssis yarımpeşəkar “Uypeşt”ə qalib gəlməyin mümkünlüyünü hiss etmişdi.

İlk qoldan sonra yalnız müdafiə olunmağa çalışan macarların müqavimətini Baqali Dabo qırdı. Matçın ən yaxşılarından olan Namiq Ələskərovun zədələnərək meydandan çıxması yumşaq desək, heç yaxşı olmadı. Amma onun əvəzinə meydana daxil olan Emin Mahmudov da faydalı olduğunu sübut edə bildi.

Stadionun bir tərəfində həyəcanlı Kamran Quliyev, Ceyhun Sultanov dueti, digər tərəfdə isə köklü “Neftçi” fanatı, pravoslav kilsəsinin keşişi Proiterey Sergiy. Yadınızdadırsa keşiş Sergiy bir müddət əvvəl Reala müsahibəsində dogma klubuna, “Neftçi”yə inandığını demişdi. Keşişin cümə axşamı duaları qəbul olundu və stadiona toplaşmış azarkeşlər müşahidəçilərlə birgə “Neftçi”nin qələbəsinə sevindi.

“Uypeşt”in baş məşqçisinin keyfi 1-3 hesablı məğlubiyyətə müvafiq idi. Neboyşa Vinyeviç 2 əsas futbolçunun viza problemi səbəbindən Bakıya gələ bilməməsini rəhbərliyin qeyri-peşəkarlığı kimi qələmə Verdi. Cavab oyunu öncəsi ümidsizliyə qapılan Neboyşa bir həqiqəti də etiraf etməyi unutmadı. Hər klub “Neftçi” kimi varlı deyil.

Daha sonra Roberto Bordin mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırdı. avropa liqasında qarşınıza hansı tələblər qoyulub sualımıza mütəxəssi belə cavab verdi.

Birinci oyunda rəhbərlik məndən yaxşı nəticə istəyib. "Sevilya" barədə danışmamışıq, hələ hədəflər müəyyən olunmayıb. Fikrimcə, yaxşı başladıq. Oyunçuların xarakterindən razı qaldım. Hesabda geri olduğumuz oyunda qalib gəldik. Vaxtımız var, inkişaf edəcəyik. Hələ ki, komandadan razıyam.

Sözsüz ki, ikinci mərhələdəki rəqibin Sevilya olması italiyalı məşqçini ehtiyyatlı danışmağa vadar edir. Belə çıxır ki, avrokuboklarda hədəf rəqibə görə dəyişir. Belə olan halda növbəti mərhələdə keşiş Serginin dualarına daha çox ehtiyac olacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə